Bu ölkənin XİN rəhbəri istefa verdi

Bu ölkənin XİN rəhbəri istefa verdi
  06 Fevral 2021    Oxunub:2916
Mavrikinin xarici işlər naziri Nandkumar Bodha istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə "TASS" yerli mətbuata istinadla məlumat yayıb.

Nandkumar Bodha həm nazir postundan, həm də bütün strukturlardan, hakimiyyət partiyasından istefa verib.

O, ideallarına və prinsiplərinə cavab verməyən partiyanın siyasətindən məyus olduğunu deyib.

Məlumata görə, bu addım ölkədə məmurların da əlaqəsi ola biləcəyi korrupsiya ilə bağlı işin araşdırılması fonunda atılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Nazir   İstefa  



Xəbər lenti