Xarici diplomatlar Zəngilana səfər ediblər

 Xarici diplomatlar Zəngilana səfər ediblər
  06 Fevral 2021    Oxunub:3019
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl rayonundan sonra Zəngilana səfər ediblər.
Azvision.az xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdır.

Qeyd edək ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət edirlər.

Azvision.az


Teqlər: Zəngilan   Diplomat   Səfər  





Xəbər lenti