Məzuniyyətə gedən erməni əsgər fərarilik etdi

Məzuniyyətə gedən erməni əsgər fərarilik etdi
  06 Fevral 2021    Oxunub:2809
Ermənistan ordusunun hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerinə qayıtmaqdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Qor Asadyan yanvar 21-də məzuniyyətdən qayıtmalı olduğu halda, bu günədək xidmət yerinə gəlməyib.

Fərarilik faktı hüquq-mühafizə orqanlarından gizlədilsə də, hərbi polis əsgərin tapılması və xidmət yerinə qaytarılması ilə bağlı tədbirlər görür.

Azvision.az


Teqlər: Ermənistan   Əsgər   Fərari  



Xəbər lenti