Son sutkada 460 mindən çox yoluxma olub

   Son sutkada 460 mindən çox yoluxma olub
  07 Fevral 2021    Oxunub:2446
Dünyada koronavirusa yoluxanların sayı 460 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində 460 906 nəfər koronavirusa yoluxub, 15 407 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 104 956 439, ölənlərin sayı isə 2 290 488 nəfərə çatıb.

Dünyada ən çox yoluxma halları ABŞ-da aşkar olunub. Bu ölkədə indiyədək 26 418 016 nəfər infeksiyaya yoluxub. Yoluxma siyahısında növbəti yerlərdə Hindistan (10 814 304 nəfər), Braziliya (9 396 293 nəfər), Rusiya (3 951 233 nəfər) və Böyük Britaniya (3 911 577) qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti