Antiterror əməliyyatı nəticəsində antik əşyalar aşkarlandı

Antiterror əməliyyatı nəticəsində antik əşyalar aşkarlandı
  07 Fevral 2021    Oxunub:2615
Türkiyə polisinin Şanlı Urfa bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində qaçaqmalçılardan müxtəlif növ antik əşyalar götürülüb.
Azvision.az xəbər verir ki, müsadirə edilən 4 metr uzunluğunda piton ilan dərisi üzərində fiqur naxışlar həkk olunub.

Bundan başqa, əşyalar arasında beş dini kitab, iki dəri üzərində əl yazısı var. Ələ keçirilən əşyaların orta əsrlərə aid olduğu ehtimal edilir.

Qaçaqmalçılıqda ittiham olunan iki nəfərin həbsinə qərar verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Əməliyyat  



Xəbər lenti