Fransada 20 mindən çox yeni yoluxma aşkarlandı

Fransada 20 mindən çox yeni yoluxma aşkarlandı
  07 Fevral 2021    Oxunub:2634
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 20 min 586 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 3 milyon 318 minə çatıb.

Son bir gündə koronavirusdan daha 191 nəfər ölüb. Pandemiya qurbanlarının ümumi sayı 78 min 794 nəfərə yüksəlib. Hazırda xəstəxanalarda 27 min 369 koronavirus xəstəsi müalicə alır.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  



Xəbər lenti