Hindistanda təbii fəlakət, ölənlər var - YENİLƏNİB
Qeyd edək ki, nəhəng buz kütlələrinin Alaknanda çayı boyunca sürüşməsi əyalətin dağlıq ərazilərində daşqına səbəb olub. NDTV kanalının yaydığı məlumata görə, hadisə nəticəsində Rişiqanqa su elektrik stansiyasında çalışan 150 nəfər itkin düşə bilərdi. Daşqınla əlaqədar Uttarakhand səlahiyyətliləri çayın kənarında yerləşən yaşayış məntəqələrini boşaltmağa başlayıblar.
***
(13:18)
Hindistanın şimalında baş vermiş daşqınlar nəticəsində 150-yə yaxın yerli sakin itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə ANI agentliyi Uttarakhand əyalətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, buzlağın əriməsindən sonra Dxauliqanq çayında suyun səviyyəsi qalxıb. Daşqınlar zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib. Əraziyə xilasetmə qrupları göndərilib.
Hökumət insanların təxliyyə edildiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


