Koçaryan: “Yeni hökumət ordudan qorxurdu”

  Koçaryan:  “Yeni hökumət ordudan qorxurdu”
  07 Fevral 2021    Oxunub:2994
"Yeni hökumətin ordudan müəyyən patoloji qorxusu var idi. Onlar özləri orduda xidmət etməmişdilər və ona böyük bir siyasi inamsızlıqla yanaşırdılar. Ordu hakimiyyəti təhdid edən resurs idi".
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan müsahibəsində deyib.

"İlk tapşırıq ordunun erməni cəmiyyətindəki rolunu azaltmaq idi. Generalları və müharibə qəhrəmanlarını ləkələmək üçün kampaniya, məhkəmə prosesləri başladı. Müharibə şəraitində olan ölkənin ordusu tamamilə fərqli səviyyədə olmalıdır. Təcrübəli zabitləri ordudan uzaqlaşdırdılar və onların yerinə hakimiyyətə sadiq insanlar gətirildi. Yəni orduya münasibət dəyişdirildi və təhlükəsizlik prioriteti sadiqlik prioriteti ilə əvəz olundu. Bu, o deməkdir ki, orduda rəhbər vəzifələrə təcrübəli hərbçilər deyil, hakimiyyətdən asılı olan, ona simpatiya göstərən zabitlər gətirildi. Bu, sözün həqiqi mənasında 2018-ci ildən bəri baş verir”,- deyə Koçaryan indiki hakimiyyətin ordu siyasətini tənqid edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  



Xəbər lenti