Roma Papası: “Gələcək təhlükə altındadır”
Papa bir sıra beynəlxalq məsələlərə də toxunub. Myanmada baş verən son hadisələrdən ciddi narahatlığını ifadə edərək, bu ölkənin xalqı ilə həmrəy olduğunu və harmonik demokratik birgəyaşayış üçün sosial ədalət və milli sabitliyi təmin etməyə çağırış edib.
Bundan əlavə, Fransisk doğma yurdlarını tərk edən yetkinlik yaşına çatmayan miqrantların problemlərinə də diqqət çəkib. Xüsusilə, "Balkan marşrutu" adlanan yolla gedən çox sayda uşaq və yeniyetmədən bəhs edib, onlara qayğı, humanitar yardım göstərməyə çağırıb.
Sonda Papa İtaliyada doğum nisbətinin nəzərə çarpacaq dərəcədə düşməsi ilə əlaqədar narahatlığını dilə gətirib: "Doğumlar azalıb, gələcək təhlükə altındadır. Bu demoqrafik qışın bitəcəyinə və uşaqların yeni bir baharının çiçəklənəcəyinə ümid edirəm".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Roma-Papası Fransisk







Vaxtında, Aydın, Lazımlı!


