Baş nazir Rusiyanın diplomatlarla bağlı qərarını qınadı

 Baş nazir Rusiyanın diplomatlarla bağlı qərarını qınadı
  07 Fevral 2021    Oxunub:3711
İsveçin Baş naziri Stefan Löfven avropalı diplomatların Rusiyadan çıxarılmasını qınayıb və cavab tədbirlərinin görüləcəyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə TT agentliyi məlumat yayıb.

"Rusiyanın İsveç də daxil olmaqla bir neçə Avropa İttifaqı diplomatını ölkədən çıxarmaq barədə əsassız qərarını qınayıram", - deyən hökumət başçısı əlavə edib ki, diplomatlar mövcud qaydalara riayət edərək işini çox yaxşı görüb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Moskvada və Sankt-Peterburqda qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatını persona non-qrata elan edib. Müvafiq qərarla əlaqədar hər 3 ölkənin səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb.

Azvision.az


Teqlər: İsveç   Rusiya  



Xəbər lenti