Somalidə sülhməramlıların helikopteri qəzaya uğradı

Somalidə sülhməramlıların helikopteri qəzaya uğradı
  08 Fevral 2021    Oxunub:2216
Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri paytaxt Moqadişo şəhərindən 90 kilometr şimal-şərqdə qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, helikopter Balidoqle bazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Qəzaya düşən helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir.

Hadisənin səbəbi araşdırılır. İlkin məlumata əsasən, qəzaya texniki nasazlıq səbəb olub.

Azvision.az


Teqlər: Helikopter   Qəza  



Xəbər lenti