Britaniyanın dövlət naziri Azərbaycana gəlir

   Britaniyanın dövlət naziri Azərbaycana gəlir
  08 Fevral 2021    Oxunub:3281
Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton 8 fevral tarixində Azərbaycana iki günlük səfərə gələcək.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Nazirin səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi, gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində nazir Vendi Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək, ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

Azvision.az


Teqlər: Britaniya   Nazir   Səfər  






Xəbər lenti