Çində yeni yoluxmalar aşkarlandı

Çində yeni yoluxmalar aşkarlandı
  08 Fevral 2021    Oxunub:1724
Son sutka ərzində Çində koronavirusa 14 yeni yoluxma halı aşkarlanıb.
Azvision.az ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, daha 16 asemptomatik daşıyıcı aşkar edilib. Yoluxmalar Şanxay və Quandun əyalətlərində qeydə alınıb.

Hazırda Çində virusa yoluxan 277 nəfər müalicə olunur, onlardan altısının vəziyyəti ağırdır.

Son vaxtlar bu ölkədə “Sinovac" şirkətinin vaksinindən geniş istifadə olunmağa başlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  



Xəbər lenti