Sudan hökuməti istefaya göndərildi

Sudan hökuməti istefaya göndərildi
  08 Fevral 2021    Oxunub:1756
Sudanın Baş naziri Abdullah Hamdok hökuməti istefaya göndərib.
Azvision.az xəbər verir ki, baş nazir konstitusiyanın müddəalarına əsasən, nazirlərin keçid hökumətindən kənarlaşdırılmasına dair fərman verib.

Yanvar ayının əvvəlində Sudan Suveren Şurasının rəhbəri Abdel Fəttah əl-Burhan siyasi qüvvələrin davamlı fikir ayrılığına görə namizədlərin son siyahısını təqdim etməyi təxirə saldıqları üçün fövqəladə vəziyyətdə hökumət qurmaq məcburiyyətində qalacaqları barədə xəbərdar etmişdi.

Yeni hökumətdə uzun illər Cənubi Sudanla həmsərhəd Sudan əyalətlərində fəaliyyət göstərən "İnqilab cəbhəsi" üsyançı hərəkatının nümayəndələri daxil olmalıdır. Bu, Xartum ilə "İnqilab Cəbhəsi" arasında 2020-ci ilin oktyabrında bağlanmış sülh müqaviləsinin şərtləri ilə təmin edilib.

Xatırladaq ki, keçən il iyul ayında keçid hökumətinin işinə dair tənqidlər fonunda hazırkı kabinet rəhbəri xarici işlər naziri və maliyyə naziri də daxil olmaqla, yeddi naziri istefaya göndərib. Bu vəzifələrə müvəqqəti nazirlər təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sudan   Hökumət   İstefa  



Xəbər lenti