Ermənilər Paşinyanın deputatını Gümrüdən qovdular

 Ermənilər Paşinyanın deputatını Gümrüdən qovdular
  08 Fevral 2021    Oxunub:1991
Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Karen Saruxanyan Gümrüdə sakinlər tərəfindən təhqirlərə məruz qalıb.

Azvision.az xəbər verir ki, bununla bağlı erməni mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, Gümrü sakinləri deputatı təsadüfən küçədə görəndə ona yaxınlaşaraq lənətlər yağdırmağa başlayıblar. Saruxanyan da öz növbəsində tələsik avtomobilə minərək qaçıb:

"Karen Saruxanyan tikinti materialları mağazasından çıxarkən insidentlə üzləşib. Rayon sakinləri millət vəkilini görüb, onu təhqir etməyə, acılamağa başlayıblar. Deputat yerli əhaliyə nələrisə izahat verməyə cəhd edərkən, cavab olaraq insanlar Nikol Paşinyanı təhqir etməyə başlayıblar. Bundan sonra o maşına minərək gözdən itib. Sakinlər isə "narahat olmayın, artıq bölgələrimizə gəlməyəcəksiniz", - deyə qaçan deputatın arxasınca qışqırıblar".

Tural Tağıyev
Azvision.az


Teqlər: Gümrü   Deputat   Paşinyan  



Xəbər lenti