Japarov portretini məmurların kabinetindən yığışdırır
"Prezident Japarov hesab edir ki, hazırda vətəndaşlarımızın həyatını keyfiyyətcə yaxşılaşdırmaq üçün hələ heç bir iş görməyib. Buna görə də bütün dövlət orqanlarına kabinetlərdə və inzibati binalarda portretlərini asmaqdan çəkinməyi tövsiyə edir".
Onun sözlərinə görə, prezident məmurların Qırğızıstan Muxtar Xalq Komissarları Sovetinin ilk sədri Yusup Abdrahmanovun və ya Qırğızıstanın dövlətçiliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafına əvəzsiz töhfə verən Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İsxak Razzakovun portretlərini asmalarının daha yaxşı olduğunu düşünür.
Qeyd edək ki, Japarov 10 yanvarda keçirilən prezident seçkilərində 79 faizdən çox səs toplayaraq qalib gəlib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qırğızıstan







Vaxtında, Aydın, Lazımlı!


