“Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirəm” - Roma Papası

 “Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirəm” -  Roma Papası
  08 Fevral 2021    Oxunub:3041
Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm.

Azvision.az xəbər verir ki, bunu Roma Papası Fransisk Vatikanda akkreditə olunan diplomatik korpus rəhbərləri qarşısında çıxışı zamanı deyib.
O bildirib: “Cənubi Qafqazda bir neçə münaqişənin alovlanması bütün bölgənin sabitliyini və təhlükəsizliyini təhdid edir. Bizim dövrdə dinlərarası dialoq xalqlar və mədəniyyətlər arasındakı anlaşmanın vacib bir hissəsidir”.

Xatırladaq ki, görüşdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev də iştirak edib. Müvafiq məlumatı səfir öz "Tvitter" səhifəsində paylaşıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Roma   Papa   Qafqaz  



Xəbər lenti