Ermənistanda iqtisadi azalma 7,5% olub

 Ermənistanda iqtisadi azalma 7,5% olub
  08 Fevral 2021    Oxunub:2543
2020-ci ildə Ermənistanda iqtisadi azalma 7,5% təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, istehlak qiymətləri 1,2% artıb. Tikinti sektorunda 9.5%, ticarət sektorunda 14%, xidmət sektorunda 14,7%, sənaye istehsalında 0,9% azalma qeydə alınıb.

Bundan əlavə, Ermənistanda xarici ticarət dövriyyəsi 2020-ci ildə 13,2 faiz azalaraq 7 mlrd 103,9 mln ABŞ dolları təşkil edib.

İxracat 3,9 faiz azalaraq 2 mlrd 544,5 mln, idxal isə 17,7 faiz azalaraq 4 mlrd 559,4 mln dollar olub.

2020-ci ildə ölkə üzrə çaxır istehsalı 13,1 faiz azalaraq 11 mln 13,8 min litr, araq istehsalı 13,5 faiz azalaraq 4 mln 969,8 min litr, pivə istehsalı isə 10,6 faiz, yaxud 23 mln 483,3 min litr təşkil edib. Viski istehsalı isə 51,1 faiz, 348,6 min litr olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: iqtisadiazalma  



Xəbər lenti