11 yaşlı qızın nişanlanması ilə bağlı istintaq başladılıb

11 yaşlı qızın nişanlanması ilə bağlı istintaq başladılıb
  09 Fevral 2021    Oxunub:4354
Gürcüstanın Daxili İşlər Nazirliyi Soğanlıq kəndində 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başladıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan DİN rəsmi məlumat yayıb.

Bildirilib ki, yetkinlik yaşına çatmayanın evlənməyə məcbur edilməsi maddəsi əsasında istintaq aparılır.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 11 yaşlı qızın dayısı oğlu, 15 yaşlı oğlanla nişanlanması barədə görüntülər yayılıb.

Azvision.az


Teqlər: Gürcüstan   DİN  



Xəbər lenti