Ötən sutka 376 mindən çox yoluxma qeydə alınıb

Ötən sutka 376 mindən çox yoluxma qeydə alınıb
  09 Fevral 2021    Oxunub:2139
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 376 569 nəfər koronavirusa yoluxub, 9664 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 805 951, ölənlərin isə 2 312 278 nəfərə çatıb.

Xatırladaq ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti