Koronavirusa yoluxanların sayı 107 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 107 milyonu keçdi
  09 Fevral 2021    Oxunub:1866
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 107 milyon 667 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 336 min 303 nəfərdir. İndiyədək 78 milyon 850 min 559 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 27 700 629 nəfər virusa yoluxub, 476 405 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 847 790 yoluxma qeydə alınıb. Onlardan 155 195 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 550 301 nəfərdə virus aşkar edilib. Xəstələrdən 232 248 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 983 197 yoluxma, 77 068 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 959 784 nəfər virusa yoluxub ki, onlardan 112 798-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti