Rusiya vaksini COVAX proqramına daxil edilə bilər

Rusiya vaksini COVAX proqramına daxil edilə bilər
  09 Fevral 2021    Oxunub:1695
Rusiyanın koronavirus əleyhinə peyvəndi "Sputnik V" sertifikatlaşdırıldıqdan sonra COVAX proqramına daxil ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidmətindən bildirilib.

"ÜST ümid edir ki, Rusiyanın koronavirus əleyhinə peyvəndi “Sputnik V” təşkilat tərəfindən fövqəladə hallarda istifadə üçün təsdiqləndikdən sonra COVAX proqramı çərçivəsində paylanan peyvəndlər siyahısına daxil ediləcək", - deyə məlumatda vurğulanıb.

Rusiyanın vaksini ÜST-də fevralın 8-də müzakirə edilib. Bununla bağlı daha bir görüşün 15 fevral tarixində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Rusiya dünyada COVID-19-a qarşı vaksini qeydiyyatdan keçirən ilk ölkədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SputnikV  



Xəbər lenti