Müharibədə Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

 Müharibədə Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub
  09 Fevral 2021    Oxunub:2454
Artilleriya Qoşunları digər qoşun növləri ilə birlikdə düşmənin dərinlikdə yerləşən hədəflərini dəqiq atəş zərbələri ilə məhv edərək onları iflic vəziyyətə gətirmişdi.

Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov bildirib ki, döyüşlərdə şücaət və peşəkarlıq nümayiş etdirən artilleriya qoşunlarının 4 minə qədər hərbi qulluqçusu "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı daxil olmaqla müxtəlif orden və medallarla təltif edilib.

Bundan əlavə, Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub.

Azvision.az


Teqlər: Artilleriya   Qoşun   Şəhid  






Xəbər lenti