Dəmir yolu ilə bağlı yeni ixtisaslar yaradıla bilər
AzTU-nun rektoru Vilayət Vəliyev görüşdən əvvəl Bakı Dəmir Yolu Vağzalı, eləcə də digər stansiya və depolarda iş prosesi ilə yaxından tanış olduğunu bildirib. Qeyd olunub ki, universitet dəmir yolu nəqliyyatı və təsərrüfatı sahəsində kadrlar hazırlamaqda maraqlıdır. Əgər zərurət yaranarsa, bu sahədə tələb olunan mütəxəssislərin hazırlanması üçün ali təhsil ocağında yeni ixtisasların yaradılması da mümkündür. "Azərbaycan Dəmir Yolları" QSC-dən peşəkar və ixtisaslı mütəxəssislər dəvət olunaraq tədris prosesinə cəlb edilə bilərlər. Həmin tələbələrin öz ixtisasları üzrə iş prosesinə cəlb olunmaları onların gələcək fəaliyyətlərində səmərəli təcrübə əldə etmələrinə imkan yaradar.
Görüş tələbə və məzunların təcrübə imkanlarının genişləndirilməsinə dair müzakirələrlə davam etdirilib.
Azvision.az
Teqlər: ADY







Vaxtında, Aydın, Lazımlı!


