“Azərbaycanı hədəfinə çatmaqda dəstəkləməyə hazırıq” - Morton

“Azərbaycanı hədəfinə çatmaqda dəstəkləməyə hazırıq” -  Morton
  09 Fevral 2021    Oxunub:2234
Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Morton “Tvitter” səhifəsində yazıb.

“Bu gün Britaniya və Azərbaycanın iqlim dəyişikliyi mövzusunda daha dərin əməkdaşlığı üçün razılığa gəldik. Böyük Britaniya Azərbaycanı sıfır karbon emissiyası hədəflərinə çatmaqda dəstəkləməyə hazırdır”, - deyə Morton bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MuxtarBabayev   Britaniya  






Xəbər lenti