Azərbaycan Britaniya ilə Anlaşma Memorandumu imzaladı

Azərbaycan Britaniya ilə Anlaşma Memorandumu imzaladı
  09 Fevral 2021    Oxunub:2968
Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azvision.az


Teqlər: ETSN  






Xəbər lenti