Sahibə Qafarova monteneqrolu həmkarı ilə görüşüb - FOTOLAR |
Sonra “İşsizlikdən sığorta haqqında” Qanunda edilən dəyişikliklə bağlı (İkinci oxunuş) məlumat verilib ki, təklif olunan dəyişikliyə əsasən, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.
Komitə sədri bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişikliyə (ikinci oxunuş) görə, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.
İclasda deputatların nəzərinə çatdırılıb ki, “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanunda edilən dəyişiklik (birinci oxunuş) Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.
Onlayn iclasda gündəlikdəki qanun layihələri ətraflı müzakirə olunub. Deputatlar Ziyad Səmədzadə, Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Anar Məmmədov, Mahir Abbaszadə, Rüfət Quliyev, İqbal Məmmədov, Ağalar Vəliyev, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Anar Məmmədov rəy və təkliflərini bildiriblər.
Fikir mübadiləsinin yekununda komitə iclasında baxılan bütün qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Azvision.az