Koronavirusa yoluxma sayı 304 mindən çox artdı

 Koronavirusa yoluxma sayı 304 mindən çox artdı
  10 Fevral 2021    Oxunub:2960
Dünyada koronavirusa yoluxanların sayı 304 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində 304 166 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 8021 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 106 125 682, ölənlərin isə 2 320 682 nəfərə çatıb.

Dünyada ən çox yoluxma halları ABŞ-da qeydə alınıb. İndiyədək bu ölkədə 26 746 377 nəfərdə virus aşkarlanıb. Siyahıda növbəti yerlərdə Hindistan (10 847 304), Braziliya (9 524 640), Rusiya (3 998 216), Böyük Britaniya (3 959 788), Fransa (3 285 786), İspaniya (2 913 425), İtaliya (2 644 707), Türkiyə (2 539 559), Almaniya (2 291 924), Kolumbiya (2 157 216) və Argentina (1 980 347) qərarlaşıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti