Daha bir erməni əsgərin ölümü gizlədilir

Daha bir erməni əsgərin ölümü gizlədilir
  10 Fevral 2021    Oxunub:1845
Tanınmış erməni ictimai fəal, müharibədən sonra məğlub Ermənistanın hərbi müəmmalarını araşdıran Aram Gevorqyan adı ölüm siyahısına salınmayan daha bir əsgər haqqında məlumat paylaşıb.
Azvision.az xəbər verir ki, Manvel Qorqyan adlı hərbçinin 19 yaşı olub və o, Ermənistanın Armavir bölgəsinin Lernaqoq kəndindən hərbi xidmətə çağırılıb.

"Qorqyan "Martuni 3"də xidmət edirdi və bu oğlan qaçmaq şansının olmadığını başa düşərək bir kağızda ailəsinə vida məktubu yazıb. Manvelin adı hələ də ölənlərin siyahısında yoxdur!", -deyə erməni fəal bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni   Hərbçi  





Xəbər lenti