Xurma ixracatındakı problemlər müzakirə olunub

Xurma ixracatındakı problemlər müzakirə olunub
  12 Fevral 2021    Oxunub:1197
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qadir Yusifov arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə xurma istehsalında və ixracında sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlər, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən göstərilən laborator xidmətlərin daha da optimallaşdırılması və mütəxəssislər tərəfindən sahibkarlara zəruri metodiki köməkliyin göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər verilib.

Azvision.az


Teqlər: Xurma  






Xəbər lenti