Nazirliyin mətbuat katibi işdən ayrıldı

Nazirliyin mətbuat katibi işdən ayrıldı
  12 Fevral 2021    Oxunub:1887
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirıiyinin mətbuat katibi Günel Gözəlova vəzifəsindən ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm, heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!”, - Günel Gözəlova qeyd edib.

Azvision.az



Teqlər: NRYTN  






Xəbər lenti