Dünyada koronavirusla bağlı vəziyyət necədir? - STATİSTİKA
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 106 704 nəfər virusa yoluxub, 492 521 pasiyent dünyasını dəyişib.
İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 892 550 yoluxma qeydə alınıb. Onlardan 155 588 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 765 694 nəfərdə virus aşkar edilib. Xəstələrdən 237 631 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 4 042 837 yoluxma, 79 194 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 4 013 799 nəfər virusa yoluxub ki, onlardan 116 286-i ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


