Melaniya Tramp təşkilat yaratdı
“Melaniya Tramp, “Melaniya Trampın ofisi”nin açılışını elan edir. Xəbərlər və yeniliklər üçün bizi bu hesabdan izləyin”, - paylaşımda deyilir.
Məlumata görə, “Melaniya Trampın ofisi” uşaqlara kömək məqsədi ilə yaradılıb. Təşkilatın qərargahı Florida ştatının Palm-Biç şəhərində yerləşəcək.
Xatırladaq ki, 20 yanvarda ABŞ-ın keçmiş prezidenti Donald Tramp və xanımı rəsmi olaraq Ağ Evi tərk ediblər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: MelaniyaTramp







Vaxtında, Aydın, Lazımlı!


