Almaniyada koronavirusdan daha 551 nəfər ölüb

Almaniyada koronavirusdan daha 551 nəfər ölüb
  13 Fevral 2021    Oxunub:1744
Almaniyada son bir gündə 8354 nəfər koronavirus infeksiyasına yoluxub, 551 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 328 447 yoluxma halı aşkarlanıb, 64 742 ölüm faktı qeydə alınıb.

İndiyədək virusa yoluxmuş 2,1 milyona yaxın xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  



Xəbər lenti