Gürcüstanda yoluxma sayı 265 mini keçdi

Gürcüstanda yoluxma sayı 265 mini keçdi
  13 Fevral 2021    Oxunub:2079
Gürcüstanda son sutka ərzində koronavirusa 535 yeni yoluxma faktı qeydə alınıb, 7 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.

Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 265 200 yoluxma halı aşkarlanıb, 257 441 nəfər sağalıb.

İndiyədək koronavirusa yoluxanlardan 3343 nəfəri həyatını itirib.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  



Xəbər lenti