Ukraynada bir gündə 5182 nəfər koronavirusa yoluxdu

Ukraynada bir gündə 5182 nəfər koronavirusa yoluxdu
  13 Fevral 2021    Oxunub:2232
Ukraynada son sutka ərzində koronavirus infeksiyasına 5182 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

Məlumata əsasən, ölkədə virusa yoluxanların ümumi sayı 1 268 049 nəfərə çatıb.

Son sutkada 111 nəfər olmaqla, ümumilikdə 24 285 pasiyent pandemiyanın qurbanı olub. İndiyədək 1 112 299 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti