İtaliyada Draqi hökuməti and içdi

 İtaliyada Draqi hökuməti and içdi
  13 Fevral 2021    Oxunub:2317
Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin rəhbərliyi ilə İtaliyanın yeni hökuməti and içib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, mərasim Prezident Sercio Mattarellanın iştirakı ilə Kvirinal sarayında keçirilib.

Baş nazir və nazirlər İtaliyanın rifahı naminə xidmət edəcəklərinə and içib, müvafiq andı imzalayıblar. And içən andan etibarən hökumət etibarlı sayılır.

Xatırladaq ki, istefa verən Cüzeppe Kontenin kabinetindəki bir sıra nazirlər Draqinin yeni hökumətində postlarını saxlayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya  



Xəbər lenti