İrəvanda zəlzələ nəticəsində binalarda çatlar yarandı

 İrəvanda zəlzələ nəticəsində binalarda çatlar yarandı
  13 Fevral 2021    Oxunub:2760
Bu gün Ermənistanda baş vermiş zəlzələ nəticəsində İrəvandakı bir sıra yaşayış binalarında və tikililərdə çatlar əmələ gəlib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı əksər beşmərtəbəli yaşayış binalarında çatlar yaranıb, bəzi tikililərə, xüsusilə, "Petak" böyük topdansatış ticarət mərkəzinə ziyan dəyib, köşklər zədələnib, evlərdə çilçıraqlar və şüşələr qırılıb.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 15:29-da İrəvanda 4.7 bal gücündə zəlzələ baş verib. Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumata görə, yeraltı təkanların episentri İrəvandan 8 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrində gücü 6-7 bal təşkil edib. Ermənistan paytaxtında yeraltı təkanların gücü 5-6 bal, Araqasotn, Ararat, Şirak, Armavir və Vayots Dzorda 3-4 bal olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Zəlzələ  



Xəbər lenti