Rusiyalı həkimdən yeni pandemiya xəbərdarlığı

Rusiyalı həkimdən yeni pandemiya xəbərdarlığı
  13 Fevral 2021    Oxunub:3135
Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov növbəti pandemiyadan çıxış yolunu göstərib.
Azvision.az xəbər verir ki, Myasnikov bəşəriyyəti COVID-19 virusundan təhlükəli pandemiya gözlədiyini bildirib.

O, koronavirusu daha qorxulu və təhlükəli pandemiya ərəfəsində məşqə bənzədib. Həkimin sözlərinə görə, yeni infeksiya iki yolla yayıla bilər: əvvəlcə quş və donuz qriplərinin heyvandan insana, sonra insandan insana keçəcəyi ehtimal olunur.

A.Myasnikov bu bəladan çıxış yolunu qripə qarşı universal peyvənd yaradılmasında görür. Həkimin fikrincə, yeni pandemiyanın bir il, yaxud 10 il sonra başlayacağını dəqiq demək mümkün deyil. O, bütün qüvvələri qripə qarşı universal peyvənd hazırlanmasına yönəltməyə çağırıb.

Azvision.az


Teqlər: Rusiya   Həkim  



Xəbər lenti