Girovluqdan azad olunan dənizçilər səfirliyə gətirildi
Diplomat dənizçilərin vəziyyətinin yaxşı olduğunu, ailələri ilə telefonla danışdıqlarını söyləyib. Onların yaxın günlərdə İstanbula gətirilməsi gözlənilir.
Xatırladaq ki, yanvarın 23-də “Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


