Bir gündə 13 minə yaxın insan virusun qurbanı oldu

  Bir gündə 13 minə yaxın insan virusun qurbanı oldu
  14 Fevral 2021    Oxunub:2824
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 410 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka 410 876 nəfər koronavirusa yoluxub, 12 958 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 107 838 255, ölənlərin sayı 2 373 398 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti