ABŞ Senatı Trampa bəraət qazandırdı - YENİLƏNİB

 ABŞ Senatı Trampa bəraət qazandırdı -  YENİLƏNİB
  14 Fevral 2021    Oxunub:4139
ABŞ Senatında sabiq prezident Donald Trampın impiçmenti üzrə yekun səsvermə keçirilib.
Azvision.az xəbər verir ki, Senat impiçment prosesi çərçivəsində Trampa bəraət qazandırıb.

Qeyd edək ki, impiçmentin baş tutması üçün azı 67 senator bunun lehinə səs verməlidir. Lakin keçmiş prezidentin işi üzrə 57 senator impiçmentin lehinə, 43 senator isə əleyhinə səs verib. Beləliklə, demokratların Trampa ikinci dəfə impiçment elan etmə cəhdi uğursuz alınıb.

Xatırladaq ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Belə ki, yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.

***
ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələri bərpa edib.

Prosesdə iştirak edən tərəflər artıq öz mövqelərini ortaya qoyublar. Onlar şənbə günü yekun çıxışlarını edəcəklər. CNN telekanalının hesablamalarına görə, impiçment üzrə final səsverməsinin yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 00:00) başlayacağı gözlənilir.

Donald Tramp qiyama təhrikdə ittiham edilir. Yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olublar.

Qeyd edək ki, Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazımdır, lakin hələlik buna nail olunmayıb.

Tramp ABŞ tarixində Konqresin aşağı palatası tərəfindən haqqında iki impiçment qərarı çıxarılmış ilk prezidentdir. Analitiklərin əksəriyyətinin fikrincə, sabiq dövlət başçısı bu dəfə də bəraət qazanacaq.

Azvision.az


Teqlər: Tramp  



Xəbər lenti