Yaponiyada yenə güclü zəlzələ oldu
Xatırladaq ki, Yaponiyada ötən gün baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 144 nəfər xəsarət alıb. Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.
Yaponiyanın Milli Meteorologiya İdarəsi həftə ərzində yenidən bir neçə dəfə zəlzələnin olacağı barədə sakinləri xəbərdar edib.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


