Prezident Zəngilanda ilk bərpa olunacaq kəndin adını açıqladı - VİDEO

 Prezident Zəngilanda ilk bərpa olunacaq kəndin adını açıqladı -  VİDEO
  15 Fevral 2021    Oxunub:8088
"Zəngilan rayonunda birinci "ağıllı kənd" layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir".
Azvision.az xəbər verir ki, bunu işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edən Prezident İlham Əliyev deyib.

Prezident bildirib: "Artıq ilkin araşdırmalar aparılıb. Bu dağılmış Ağalı kəndidir və birinci bərpa olunacaq məhz bu kənddir".

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram səhifəsində paylaşıb.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Zəngilan  






Xəbər lenti