Laçında Su Elektrik Stansiyasının açılışı oldu - VİDEO

   Laçında Su Elektrik Stansiyasının açılışı oldu -    VİDEO
  15 Fevral 2021    Oxunub:3698
Laçının Güləbird kəndində inşa edilmiş Su Elektrik Stansiyasının açılışı olub.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı deyib.

“Güləbird kəndinə getməyimizin səbəbi də qısa müddətdə inşa edilmiş su elektrik stansiyasının açılışıdır. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq”, - deyə Prezident bildirib.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram səhifəsində paylaşıb.



Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Azvision.az


Teqlər: Prezident   İlham-Əllyev   Laçın  






Xəbər lenti