Ermənilər Xudavəng monastrını ziyarət edib
Qeyd olunub ki, Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində rusiyalı sülhməramlılar Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək göstərməkdə davam edirlər.
Əldə edilən razılaşmalar nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçuları ziyarətçiləri rus sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə maneəsiz buraxırlar. Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşir.
Rus sülhməramlıları Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin də monastrı ziyarət edərkən təhlükəsizliyi təmin edirlər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Xudavəng







Vaxtında, Aydın, Lazımlı!


