Almaniyada koronavirusdan ölənlərin sayı 65 mini ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 65 mini ötdü
  15 Fevral 2021    Oxunub:1575
Almaniyada son bir gündə 4426 nəfər koronavirus infeksiyasına yoluxub, 116 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 338 987 yoluxma halı aşkarlanıb, 65 076 ölüm faktı qeydə alınıb.

İndiyədək virusa yoluxmuş 2,1 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  



Xəbər lenti