Sadiq Gözəlov vəzifəsindən azad edildi

   Sadiq Gözəlov vəzifəsindən azad edildi
  15 Fevral 2021    Oxunub:2339
Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə S.Gözəlov tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, S.Gözəlov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci ildə təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsini icra edib.

Azvision.az


Teqlər: SadiqGözəlov  






Xəbər lenti