Ermənistanda gizlədilən daha bir əsgər ölümü

Ermənistanda gizlədilən daha bir əsgər ölümü
  15 Fevral 2021    Oxunub:2022
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan müharibədə öldürülmüş daha bir əsgər haqqında məlumat paylaşıb. O, Qarik Kiziranç adlı hərbi qulluqçunun ölümünün gizlədildiyini söyləyib.
Azvision.az xəbər verir ki, Qarik atəşkəsdən bir gün əvvəl Azərbaycan Ordusu tərəfindən məhv edilib.

"Qarik Sünikdən idi, Gorusda anadan olub. 2 yaşında ailəsi ilə Rusiyaya köçüb. Sonra Ermənistana qayıdıb və hərbi xidmətə gedib. O, Ağdərədə xidmət edirdi. Topçu olan Qarik atəşkəsdən bir gün əvvəl, Kiş kəndi ətrafında gedən döyüşlərə qatılıb və öldürülüb. Adlarınızı, hansı şəraitdə öıməyinizi gizlətməyə çalışsalar da, hamınızın hekayələrini tapıb insanlara danışacağıq. Qarikin cəmi 20 yaşı var idi", - deyə erməni fəal bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər:



Xəbər lenti