“Türkiyə Ordusunun qarşısında dura biləcək güc yoxdur” - Ərdoğan
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qərb istər anlasın, istər anlamasın, ABŞ-ın açıqlaması var, “evlərə şənlik”. Hanı, bəs terroçuların, PKK-nın, YPG-nın yanında deyildiniz, bal kimi də yanında və arxasındasınız. Təəssüf ki, bunu əvvəldən gördük. Şimali İraqa minlərlə TIR tank, döyüş sursatları göndərdilər və bizim təhlükəsizlik güclərimiz onlarla döyüşdü. Biz sizinlə NATO-da birlikdəyiksə, səmimi davranıb, terrorçuların yanında yer almayacaqsınız, bizim yanımızda olacaqsınız. Şəhidlərimizin qanı yerdə qalmadı. 51 terroçu məhv edilib, 53-ü zərərsizləşdirilib. Türkiyə Ordusunun qarşısında dura biləcək nə terror təşkilatı, nə də güc vardır", - deyə Ərdoğan qeyd edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ərdoğan







Vaxtında, Aydın, Lazımlı!


